“Apple” yeni büdcəli “iPhone 17e”ni təqdim etdi


“Apple” büdcəli smartfon seriyasında yeni bir model təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, “iPhone 17e” əvvəlki “iPhone 16e” ilə eyni dizayna və ekran ölçüsünə malikdir.
Bütün yeniləmələr yeni modelin aparat təminatını və xüsusiyyətlərini əhatə edib. Daha bahalı “iPhone 17” kimi, “iPhone 17e” də təkmilləşdirilmiş “Ceramic Shield 2” cızıqdan qorunma, yeni A19 çipi və “MagSafe” simsiz şarj texnologiyasına malikdir.
“iPhone 17e” 48 meqapiksellik kameraya malikdir və onun RAM-ı “iPhone 16e” ilə müqayisədə ikiqat artırılıb və giriş səviyyəli versiyada 256 GB-a çatıb.
Yeni büdcəli “iPhone”un qiyməti 599 dollardan başlayır. Smartfon üç rəngdə - qara, ağ və çəhrayı - mövcuddur və 11 martdan etibarən satışa çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top