
ABŞ Prezidenti Donald Trampın saat 20:00-da Ağ Evdə İranla bağlı bəyanat verəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-i İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu İrandan gələn iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. Eyni zamanda, ABŞ liderləri açıq şəkildə İran əhalisini öz hökumətlərinə qarşı üsyan etməyə və hakimiyyəti ələ keçirməyə çağırıblar. Zərbələr nəticəsində İranın Ali Lideri Ayətullah Əli Xamenei və İslam Respublikası rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatı elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz