İpoteka kreditlərində faiz dəyişməyib, aylıq ödəniş artıb – Son məlumatlar


Bu ilin yanvar ayında banklar tərəfindən verilən ipoteka kreditlərinin ümumi məbləği 17,4 milyon manat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 18% azdır. Belə ki, ötən ilin yanvar ayında banklar tərəfindən 21,2 milyon manat ipoteka krediti verilib.
Qeyd edək ki, bu azalmaya baxmayaraq, Fond tərəfindən yenidən maliyyələşdirilmiş kreditlərin həcmində artım qeydə alınıb. Belə ki, ötən ilin yanvarında bu rəqəm 18,2 milyon manat olduğu halda, bu ilin yanvarında 19,6 milyon manat səviyyəsinə yüksəlib.
Banklar tərəfindən verilən orta kredit məbləği bu ilin yanvar ayında 64 min 204,2 manat olub. Kredit məbləğinin artması vətəndaşların aylıq yükünə də təsir edib. 2025-ci ilin yanvarında orta aylıq ödəniş 456,9 manat idisə, 2026-cı ilin yanvarında bu rəqəm 472,5 manata çatıb.
Kreditlər üzrə orta illik faiz dərəcəsi ötən ilin yanvarındakı kimi 6,37% səviyyəsində dəyişməz qalıb. Kreditin orta müddəti isə cüzi azalma ilə 281,6 aydan 281 aya enib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top