FHN Kəmaləddin Heydərovun övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi


Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Göygöl rayonu, Quşqara kəndində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com
xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaq üzərində inşa olunan və ümumi sahəsi 726,64 kvadratmetr olan obyekt 1 mərtəbəli binadan ibarətdir.
Qeyd edək ki, FHN inzibati binaya 26 yanvar 2026-cı il tarixli, 11023 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Tele Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Onu da bildirək ki, FHN ötən ilin iyun ayında Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan obyektinin istismarına icazə verib. Bundan başqa, ötən ilin may ayında FHN Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ–İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib. Bu ilin yanvar ayında isə FHN Nicat Heydərovun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan, ümumi sahəsi 3 405 kvadratmetr olan 2 mərtəbəli (mansardalı) binadan ibarət obyektin istismarına icazə verib.
Məlumat üçün bildirək ki, Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbi”, “TEAS Nəşriyyat Evi” və “Libraff” kitab mağazalarının sahibidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top