
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat dərc olunub.
“Cənab Dunkan Norman Əlahəzrətlərinin Azərbaycan Respublikasındakı səfiri təyin edilib. O bu vəzifədə cənab Fergus Auldu əvəz edəcək. Cənab Norman vəzifəsinin icrasına 2026-cı ilin may ayında başlayacaq”, - məlumatda deyilir.
Qeyd edək ki, Norman sonuncu dəfə (2023-cü ildən 2024-cü ilə qədər) Milli Təhlükəsizlik Katibliyinin Birgə Fondlar Bölməsinin Direktor müavini vəzifəsini icra edib.
Tətbiqimizi yükləyə bilərsiniz