
İsrail Müdafiə Qüvvələri (İDF) İran Kəşfiyyat Nazirliyinin Tehrandakı qərargahına zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum zamanı İranın bir neçə yüksək vəzifəli kəşfiyyat məmuru öldürülüb.
Onların arasında İranın İsrail məsələləri üzrə kəşfiyyat nazirinin müavini Seyid Yəhya Həmidi də var.
Bundan əlavə, İDF zərbələr nəticəsində İran Kəşfiyyat Nazirliyinin casusluq şöbəsinin müdiri Cəlal Pur Hüseynin zərərsizləşdirildiyini bildirib.
Digər kəşfiyyat məmurlarının adları açıqlanmayıb.
İDF ABŞ-nin sanksiyaları altında olan Kəşfiyyat Nazirliyinin İranda ən qabaqcıl imkanlara malik olduğunu və ali liderin birbaşa rəhbərliyi altında fəaliyyət göstərdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz