
Yaponiyanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi regiondakı vəziyyətlə əlaqədar müvəqqəti olaraq bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesabında məlumat yayıb.
“Hazırda hər hansı təhdid məlumatı daxil olmasa da, Orta Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də yalnız konsulluq şöbəsini müvəqqəti olaraq bağlayır. Az əvvəl saytımızda çıxmış xəbərdə Konsulluq şöbəsinin qeyri-müəyyən müddətə bağlanılması qeyd edilib. Lakin bağlanma yalnız bu gün və sabahı əhatə edən müvəqqəti bağlanmadır”, - məlumatda bildirilib.
***13:23
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı səfirlik sosial şəbəkə hesablarında açıqlayıb.
“Regionda baş verən hadisələrlə əlaqədar olaraq, səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, - məlumatda qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz