
Rusiyada benzin qiymətləri 17-24 fevral tarixlərini əhatə edən həftədə 0,26% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Statistika Xidməti (“Rosstat”) məlumat yayıb.
Qeyd olunur ki, ilin əvvəlindən 24 fevrala qədər benzin 1,97% bahalaşıb. 24 fevral tarixinə ölkə üzrə benzinin orta pərakəndə satış qiyməti litr üçün 66,02 rubl (1,46 manat) təşkil edib.
Markalar üzrə qiymətlər aşağıdakı kimi olub:
Aİ-92 – 62,48 rubl (1,38 manat);
Aİ-95 – 67,91 rubl (1,50 manat);
Aİ-98 – 91,61 rubl (2,02 manat).
Dizel yanacağının istehlak qiymətləri isə 17-24 fevral tarixlərində 0,04% artıb. 24 fevral tarixinə ölkə üzrə dizelin orta qiyməti litr üçün 77,37 rubl (1,71 manat) olub.
2025-ci ildə Rusiyada benzin qiymətləri ümumilikdə 10,78% artaraq illik inflyasiyanı (5,59%) təxminən iki dəfə üstələyib. 2024-cü ildə isə benzin 11,13% bahalaşıb ki, bu da həmin il üzrə ümumi inflyasiyadan (9,52%) bir qədər yüksək olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz