
İran “Şahed” dronu ilə Səudiyyə Ərəbistanına məxsus “Saudi Aramco” şirkətinin neft emalı zavodunu vurub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” qəzetinin jurnalisti Metyu Martin məlumat yayıb.
O bildirib ki, “Ras Tanura” neft emalı zavodunda şübhəli dron hücumundan sonra şiddətli yanğın başlayıb və zavod fəaliyyətini dayandırıb.
Sosial şəbəkələrdə neft emalı zavodunun yanmasını əks etdirən kadrlar yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz