
ABŞ və İsrailin İrana hücumu ilə əlaqədar olaraq, Türkiyə-İran sərhədindəki 3 gömrük-keçid məntəqəsində gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat sosial şəbəkə səhifəsində məlumat yayıb.
Nazir Türkiyə-İran sərhədindəki Ağrı-Gürbülek, Van-Kapıköy və Hakkari-Esendere gömrük məntəqələrində heç bir fövqəladə vəziyyətin olmadığını, İranın öz vətəndaşlarının Türkiyə vasitəsilə ölkəsinə daxil olmasına, Türkiyənin də öz vətəndaşlarının İran vasitəsilə ölkəyə daxil olmasına icazə verdiyini bildirib.
O, yük daşımalarının nəzarət altında davam etdiyini, ancaq buna baxmayaraq, bu məntəqələrdə bir günlük sərnişin keçidlərinin qarşılıqlı olaraq dayandırıldığını qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz