
ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri vəzifəsinə uyğun hesab etdiyi üç namizəddən bəhs edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “The New York Times” qəzetinə verdiyi müsahibədə danışıb.
Nəşr qeyd edir ki, söhbət zamanı Amerika lideri İrana kimin rəhbərlik edə biləcəyi ilə bağlı “üç çox yaxşı namizədinin” olduğunu deyib.
Konkret namizədlərin adlarını çəkməsini istədikdə, Ağ Ev rəhbəri şərh verməkdən imtina edib.
Qeyd edək ki, fevralın 28-də İranın Ali Rəhbəri Əli Xamenei iqamətgahına edilən hücumda öldürülüb. İran hökuməti Xameneinin ölümündən sonra 40 günlük matəm elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani yeni ali lider seçilənə qədər Ali Rəhbərin vəzifələrini İdarəetmə Şurasının öz üzərinə götürəcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz