
İranın Minab şəhərində qızlar məktəbinə edilən hücum nəticəsində ölənlərin sayı 165-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Bildirilib ki, yaralıların ümumi sayı 96 nəfər olub və hazırda dağıntıların təmizlənməsi, həmçinin axtarış-xilasetmə prosesi davam edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı “Aslanın nəriltisi” və "Epik qəzəb" hərbi əməliyyatlarına başladıqlarını elan ediblər. Tehran da daxil olmaqla İran şəhərləri raket zərbələrinə məruz qalıb.
İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin ölkənin cənubundakı təhsil müəssisəsinə hücumunu qətiyyətlə pisləyərək bunu “barbarlıq aktı” adlandırıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xüsusi nümayəndəsi Tim Hokins bildirib ki, Vaşinqton məktəbə raket hücumunun səbəbləri ilə bağlı araşdırmaya başlayıb. O, mülki əhalinin qorunmasının Vaşinqtonun prioriteti olaraq qaldığını və Amerika tərəfinin zərər riskini azaltmaq üçün bütün mümkün tədbirləri görməyə davam etmək niyyətində olduğunu əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz