Ərbil hava limanı yaxınlığındakı ABŞ hərbi bazasına PUA hücumu olub


İraqın Kürdüstan Muxtar Regionunun inzibati mərkəzi olan Ərbil şəhərində yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum zamanı Ərbil hava limanı yaxınlığında yerləşən bazada bir neçə partlayış baş verib.
Daha əvvəl “Agence France-Presse” (AFP) agentliyi də şəhərdə partlayış səslərinin eşidildiyini xəbər vermişdi.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntıların miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top