İsrail ordusu 100 min ehtiyat hərbçini səfərbər edib


İsrail Müdafiə Qüvvələri (IDF) davam edən İranla gərginlik fonunda əlavə 100 min ehtiyat hərbçinin səfərbər edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, yeni səfərbərlik hazırda xidmətdə olan 50 min ehtiyat hərbçiyə əlavə olunur. Ordunun açıqlamasında bildirilir ki, quru qoşunları İsrailin Suriya, Livan ilə sərhədlərində, həmçinin Qəzza zolağı və Qərb sahili ərazilərində gücləndirilib.
IDF-in məlumatına əsasən, yalnız arxa cəbhə komandanlığı 20 min ehtiyat hərbçini səfərbər edib və onların əsasən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunacağı qeyd olunur.
Bununla yanaşı, İsrailin hərbi hava qüvvələri, hərbi dəniz donanması və kəşfiyyat idarəsi də gücləndirilib.
Ordudan verilən açıqlamada bildirilib ki, ehtiyatda olan hərbçilərin effektiv fəaliyyəti üçün bütün zəruri maddi-texniki təminat həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top