
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni rəhbərliyi Vaşinqtonla danışıqlara başlamaq üçün təşəbbüs irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, Tramp bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tehran artıq ABŞ ilə əlaqə qurmaq niyyətini ifadə edib və Vaşinqton bu təklifi qəbul edib: “Onlar danışmaq istəyirlər və mən də buna razılaşdım. Belə addımı daha əvvəl atmalı idilər. Bu, daha əvvəl çox asan və praktik şəkildə həll edilə biləcək məsələ idi, lakin onlar çox gözlədilər”.
ABŞ prezidenti əlavə edib ki, İran rəhbərliyi danışıqlarla bağlı təşəbbüsü müəyyən əməliyyatın başlanmasından sonra irəli sürüb. Bunun hansı əməliyyat olduğu isə açıqlanmayıb.
Rəsmi İran tərəfi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz