Kabildə bir neçə güclü partlayış baş verib – AFP


Əfqanıstanın paytaxtı Kabil şəhərində bir neçə güclü partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyinin müxbiri məlumat yayıb.
Məlumata görə, şəhərdə eyni zamanda hava hücumundan müdafiə (HHM) sistemlərinin işləməsinə xas səslər eşidilib. Hadisənin detalları və partlayışların səbəbi hələlik açıqlanmayıb.
Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan–Əfqanıstan sərhədində yenidən silahlı toqquşmalar başlayıb. Kabil rəsmiləri bunu Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son aviazərbələrə cavab olaraq hərbi əməliyyat kimi qiymətləndirib.
İslamabad isə bildirib ki, Pakistan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində 274-dən çox əfqan hərbçisi öldürülüb, həmçinin təxminən 115 vahid hərbi texnika məhv edilib.
Əfqanıstan Müdafiə Nazirliyi isə fevralın 27-si səhər saatlarında əməliyyatın başa çatdığını açıqlayıb. Rəsmi məlumata görə, qarşıdurma zamanı 55 pakistanlı hərbçi həlak olub, 2 hərbi baza və 19 sərhəd postu ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top