
Rusiyanın Bakıdakı səfirliyi İrandan öz vətəndaşlarının çıxarılması prosesində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik rəsmi Telegram səhifəsində paylaşım edib.
Bildirilib ki, səfirlik Astara sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisini tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Eyni zamanda, sərhəddən keçid üçün icazələrin operativ şəkildə rəsmiləşdirilməsində göstərilən köməyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Qeyd edilib ki, hazırda Azərbaycandan çıxmaq üçün qeydiyyata alınan şəxslər arasında təxminən 500 Rusiya vətəndaşı var.
Tətbiqimizi yükləyə bilərsiniz