
İran sərhədləri yaxınlığında hərbi gərginlik artmaqdadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin iddialarına görə, ABŞ və İsrail silahlı separatçı qrupların və terrorçu elementlərin ölkəyə daxil olmasına şərait yaratmaq məqsədilə sərhəd bölgələrini atəşə tutur.
Məlumatda bildirilir ki, İran sərhədçiləri son günlər İran ərazisinə yaxın zonalarda “düşmən fəaliyyətinin” artdığını müşahidə ediblər. Təhlükəsizlik xidmətlərindəki mənbələr sərhəd bölgələrində bir neçə raket hücumunun qeydə alındığını qeyd edir. Hücumlar nəticəsində bir neçə sərhədçinin həlak olduğu bildirilir.
Agentliyin məlumatına görə, əsas zərbələr ölkənin qərb bölgələrinə – xüsusilə Qərbi Azərbaycan vilayəti və Kermanşah vilayəti istiqamətində endirilib.
Analitiklər hesab edirlər ki, bu hücumlar regionda sabitliyi pozmaq və silahlı qrupların İran ərazisinə sızması üçün yeni marşrutlar açmaq məqsədi daşıya bilər.
Tətbiqimizi yükləyə bilərsiniz