İranın cavab zərbələri 10 ölkəni əhatə edib


İran tərəfindən həyata keçirilən genişmiqyaslı cavab zərbələri regionun ən azı 10 ölkəsinə təsir göstərib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, ABŞ hərbi bazalarının yerləşdiyi Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlarla üzləşib. Əsas zərbələrin isə İsrail ərazisinə yönəldiyi bildirilir.
Regional mənbələrin məlumatına əsasən, Suriya hava hücumundan müdafiə qüvvələri də raketlərin qarşısının alınması prosesinə qoşulub. Paytaxt Dəməşq sakinləri bir neçə partlayış səsi eşitdiklərini bildiriblər.
Tehran rəsmi açıqlamasında hücumların qonşu ölkələrə qarşı deyil, yalnız İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə yönəldiyini vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi əməliyyat başladılıb. Hücumlar zamanı paytaxt Tehran daxil olmaqla bir sıra iri şəhərlər hədəfə alınıb. Hadisələr nəticəsində İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin öldürüldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top