
Suriyanın paytaxtı Dəməşq şəhərində bir neçə güclü partlayış səsi eşidilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziya kanalı “Al-Ekhbariya” məlumat yayıb.
Məlumata görə, partlayış səsləri ehtimal ki, hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlıdır. Bildirilir ki, İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən İran raketlərinin ələ keçirilməsi nəticəsində partlayışlar baş verib.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib. İnsidentin detalları və mümkün dağıntılar barədə hələlik dəqiq informasiya yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz