
İrana endirilən zərbələrdən sonra İsrail hakimiyyətinə məxsus “Sion qanadı” kimi tanınan hökumət təyyarəsinin Berlin şəhərinə göndərildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, məlumatı DPA (Almaniya Mətbuat Agentliyi) öz mənbələrinə istinadən yayıb.
Bildirilib ki, “Boeing 767” tipli təyyarə Almaniya paytaxtındakı hava limanında park vəziyyətindədir.
Qeyd edək ki, sözügedən təyyarə həm İsrailin baş naziri, həm də prezidenti tərəfindən rəsmi səfərlər zamanı istifadə olunur. Hələlik Berlin hava limanı və İsrailin Almaniyadakı səfirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
DPA-nın məlumatına görə, Yaxın Şərqdə baş verən əvvəlki gərginliklər zamanı da İsrail hakimiyyəti təhlükəsizlik məqsədilə bu təyyarəni ölkə xaricinə çıxarmışdı.
Uçuş izləmə xidmətinin məlumatına əsasən, təyyarə şənbə günü Bakı vaxtı ilə saat 14:00 radələrində İsraildən havaya qalxıb. “Flightradar24” platformasının məlumatına görə, o, Berlinə istiqamət almamışdan əvvəl Aralıq dənizi üzərində bir neçə saat dövrə vurub.
Tətbiqimizi yükləyə bilərsiniz