İrana ilk hücumda 40 komandir öldürülüb – İsrail ordusu


İsrail Müdafiə Qüvvələri (İMQ) 28 fevral tarixində İran ərazisinə həyata keçirilən ilk hücum zamanı təxminən 40 yüksək rütbəli iranlı hərbçinin öldürüldüyünü iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyatın ilkin mərhələsində “qırx komandir məhv edilib və İran rejiminin müdafiə idarəsinin rəhbərliyi sıradan çıxarılıb”.
Açıqlamada həmçinin qeyd olunub ki, İsrail qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən onlarla hava hücumundan müdafiə sistemini məhv edib. Rəsmi məlumata görə, bu addım Tehran səmasında hava üstünlüyü əldə etmək məqsədi daşıyıb.
Hadisə ilə bağlı İran tərəfindən hələlik rəsmi təsdiq və ya təkzib açıqlaması verilməyib. Regionda gərginliyin artdığı bir vaxtda tərəflər arasında qarşıdurmanın daha da genişlənə biləcəyi ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top