Tehranın mərkəzindəki qərargah belə vurulub – Anbaan video


İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranın mərkəzindəki qərargahın vurulmasının anbaan kadrlarını yayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi sosial media hesablarında məlumat və görüntülər dərc olunub.
“Son dəqiqələrdən sənədli film: İran terror rejiminin Tehranın mərkəzində yerləşən qərargahının dağıdılması”, - videonun sərlövhəsində qeyd olunub.
Qeyd edək ki, dünən ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Fevralın 28-də və martın 1-də paytaxt Tehranda və bir çox böyük şəhərdə müxtəlif hədəflərə hava zərbələri endirilib.

DİGƏR XƏBƏRLƏR

Top