Xameneinin vəzifələrini icra edəcək şuraya o da daxil edildi


İran ali liderinin vəzifələrini müvvəqqəti olaraq icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının üzvləri sırasına din xadimi Ayətulla Əlirza Ərəfi də əlavə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.
Bildirilib ki, Ekspertlər Şurasının iclasında ayətullah Əlirza Ərəfi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.
Xatırladaq ki, İranın Ali lideri Ayətullah Əli Xamenei fevralın 28-də İsrail və ABŞ-nin ölkəyə zərbələri zamanı öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top