
“ABŞ və İsraillə münaqişənin genişmiqyaslı artmasına baxmayaraq, ölkə rəhbərliyi strateji əhəmiyyətli Hörmüz boğazından neft tranzitinin davam etdirilməsi ilə bağlı qərar veriblər”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın Ali Məsləhət Şurasının üzvü Möhsün Rezai deyib.
O bildirib ki, ticarət gəmilərinin boğazdan keçişinə icazə verilib.
Rezai qeyd edib ki, qəbul edilən qərar müvəqqətidir və regionda təhlükəsizlik vəziyyəti kritik olaraq qalır.
Xatırladaq ki, ötən gün – fevralın 28-də İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını elan etmişdi. SEPAH radio vasitəsilə “Hörmüz boğazından heç bir gəminin keçməsinə icazə verilmədiyi” barədə elan vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz