“Xameneinin qisası alınacaq” – Pezeşkian


İran ABŞ və İsrailin hücumları nəticəsində öldürülən Ali dini lider Ayətullah Əli Xameneinin qisasını alacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran Əli Xameneinin sui-qəsdinin qisasını almağı və təşkilatçılarını cəzalandırmağı öz vəzifəsi və qanuni haqqı hesab edir”, - Pezeşkian bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana Ali Lider Ayətullah Əli Xameneinin ölümündən sonra qisas almamaq barədə xəbərdarlıq edib.
O, İranın belə bir addım atacağı təqdirdə “misli görülməmiş cavabla” qarşılaşacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top