Tramp İranı Xameneinin ölümünə görə qisas almamağa çağırdı


ABŞ Prezidenti Donald Tramp İrana Ali Lider Ayətullah Əli Xameneinin ölümündən sonra qisas almamaq barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, o, İranın belə bir addım atacağı təqdirdə “misli görülməmiş cavabla” qarşılaşacağını bildirib.
Qeyd edək ki, Ayətullah Əli Xameneinin 28 fevralda İsrail və ABŞ-nin hərbi əməliyyatı nəticəsində vəfat etməsindən sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ən sərt şəkildə reaksiya veriləcəyini bəyan edib.
Tramp isə əvvəllər SEPAH-ın, polisin və digər təhlükəsizlik qüvvələrinin bir çox üzvünün artıq müharibə istəmədiyini bildirmişdi:
“Ona görə də, onlar hələ də toxunulmazlıqdan yararlana və ölümdən qaça bilərlər. Ümid edirik ki, onlar İran vətənpərvərlərinə qoşulacaq və ölkəni layiq olduğu böyüklüyə qaytarmaq üçün birlikdə çalışacaqlar”.

DİGƏR XƏBƏRLƏR

Top