
İndiyə qədər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilənlərin sayı açıqlanıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, 28 fevral saat 8.00-dan 1 mart saat 10.00-dək İrandan ümumilikdə 31 nəfər - 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı təxliyə olunub.
Qeyd edək ki, dünən ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Fevralın 28-də və martın 1-də paytaxt Tehranda və bir çox böyük şəhərdə müxtəlif hədəflərə hava zərbələri endirilib.


Tətbiqimizi yükləyə bilərsiniz