
“Bizim çəkindirici silahlarımız olmalıdır; əgər bir ölkənin çəkindirici silahları yoxdursa, o, düşmənlərinin ayaqları altında əziləcək”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ və İsrailin hücumları nəticəsində dünyasını dəyişən İranın Ali dini lideri Ayətullah Əli Xamenei ictimaiyyət qarşısındakı son çıxışı zamanı deyib.
Sözügedən çıxışı o, ölümündən 11 gün əvvəl, fevralın 17-də edib.
“Qoruyucu silahlar millətimizin zəruri ehtiyaclarından biridir. Amerikalılar heç bir səbəb olmadan bu məsələyə müdaxilə edirlər: “Sizin filan raketləriniz ola bilər, bu qədər mənzili ola bilər, daha çox yox”. Bunun sizinlə nə əlaqəsi var? Bunun İran milləti ilə əlaqəsi var.
Onlara elə gəlir ki, ABŞ prezidenti bunu daim deyir, ABŞ ordusu dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusu bəzən o qədər şiddətli şəkildə vurula bilər ki, ayağa qalxa bilməz”.
Tətbiqimizi yükləyə bilərsiniz