“Tərəfləri danışıqlar masasına qayıtmağa çağırırıq” − Azərbaycan XİN


Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional hərbi eskalasiyaya dair bəyanatda qeyd olunub.
Bildirilib ki, XİN qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır.
“Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycanın XİN İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top