
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında gəmiçiliyi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, SEPAH radio vasitəsilə “Hörmüz boğazından heç bir gəminin keçməsinə icazə verilmədiyi” barədə elan verib.
Agentliyin mənbəsi qeyd edib ki, İran hakimiyyəti Hörmüz boğazının bağlandığını rəsmi olaraq elan etməyib.
Qeyd edək ki, tankerlər Fars körfəzindən Hörmüz boğazından neft daşıyır. İran hakimiyyəti dəfələrlə boğazı bağlamaqla hədələyib. Bu boğazdan dünya neft trafikinin üçdə biri keçir.
Hörmüz boğazında gəmiçiliyin dayandırılması ABŞ və İsrailin ərazisinə hücumları halında İranın seçimlərindən biri hesab olunub.
Tətbiqimizi yükləyə bilərsiniz