
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana hücumlarının regional və qlobal sabitliyə təhdid yaratdığı barədə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan və İranın üçüncü ölkələrə hücumları ilə davam edən hadisələr bölgəmizin gələcəyini və qlobal sabitliyi təhdid edir. Beynəlxalq hüququ pozan və günahsız mülki şəxslərin həyatını təhdid edən hər hansı bir hərəkətdən dərin narahatıq. Zorakılığın artmasına səbəb ola biləcək təhrikləri pisləyirik. Bütün tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq", - açıqlamada bildirilib.
Nazirlik qeyd edib ki, regional məsələlər sülh yolu ilə həll olunmalıdır:
“Türkiyə vasitəçi kimi lazımi dəstəyi göstərməyə hazırdır. Eskalasiyadan təsirlənən ölkələrdə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi bizim prioritetimizdir və bu baxımdan bütün zəruri tədbirlər görülür”.
Tətbiqimizi yükləyə bilərsiniz