“Mançester Siti"nin sabiq futbolçusu “Malyorka”ya məşqçilik edəcək


“Bavariya” və “Mançester Siti”nin keçmiş müdafiəçisi Martin Demikelis “Malyorka”nın baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
45 yaşlı argentinalı mütəxəssis ardıcıl üç məğlubiyyətdən sonra klubdan ayrılan Yaqoba Arrasateni əvəz edib.
Mənbənin məlumatına görə, Demikelisin müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir. Onun son klubu 2025-ci ilin may ayında ayrıldığı Meksikanın “Monterrey” klubu olub. Bundan əvvəl argentinalı məşqçi Argentina liqasını və Superkubokunu qazandığı “River Pleyt”i çalışdırıb.
Oyunçu kimi Demikelis “Bavariya” ilə dörd Almaniya çempionluğu, “Mançester Siti” ilə iki Premyer Liqa titulunu və iki Liqa Kubokunu qazanıb. O, həmçinin Argentina millisində 51 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR

Top