
“İranın Ali Lideri Ayətullah Əli Xameneinin sui-qəsd nəticəsində öldürüldüyünə dair artmaqda olan dəlillər mövcuddur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kanal 12” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
İran hakimiyyəti Xameneinin video müraciətini açıqlayıb. Hələ ki, müraciət yayımlanmayıb. “Kanal 12” iddia edir ki, müraciət çox güman ki, əvvəlcədən yazılmış müraciətdir.
Nə ABŞ, nə də İsrail Xameneinin taleyi ilə bağlı rəsmi olaraq heç bir açıqlama verməyib.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, bütün yüksək vəzifəli şəxslər sağdır:
“Bildiyimə görə, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian sağdırlar”.
Tətbiqimizi yükləyə bilərsiniz