
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin İrana hücumları dəstəklədiyinə dair iddiaları təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzinin açıqlamasında bildirilib.
“Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumları dəstəklədiyinə dair iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya təşkil edir. Türkiyə Respublikası hava, quru və ya dəniz aktivlərinin, o cümlədən hava məkanının əməliyyat məqsədləri üçün və ya tərəf olmadığı hər hansı bir münaqişə və ya müharibədə tərəflərin xeyrinə istifadəsinə icazə verməyəcək. Bu, ölkəmizin xarici və təhlükəsizlik siyasətinin əsas prinsiplərindən biridir”, - bəyanatda bildirilir.
Qeyd olunub ki, Türkiyənin hava məkanı, quru və dəniz üzərində suveren hüquqları tam və mübahisəsizdir və suveren ərazilərlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyənin milli təhlükəsizlik orqanlarının qiymətləndirmələrinə uyğun olaraq həyata keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz