Makron BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı


Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrailin İrana, İranın isə İsrailə, eləcə də ABŞ bazalarının yerləşdiyi Qətər, Bəhreyn, BƏƏ və Küveytə hücumlarından sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırıldığını elan edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat paylaşılıb. 
“Davam edən eskalasiya hər kəs üçün təhlükəlidir. Bu, dayanmalıdır. İran rejimi anlamalıdır ki, indi nüvə və ballistik raket proqramlarına, eləcə də bölgədəki sabitliyi pozan fəaliyyətlərinə son qoymaq üçün vicdanla danışıqlar aparmaqdan başqa çarəsi yoxdur. Bu, Yaxın Şərqdəki bütün insanların təhlükəsizliyi üçün tamamilə vacibdir”, - Makron bildirib.
Fransa prezidenti həmçinin vurğulayıb ki, İran xalqı öz gələcəyini qurmaqda azad olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top