
Sumqayıtda qazıntı işləri aparılan əraziyə nəqliyyat vasitəsi düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sumqayit24.az məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev prospektində qaz kəmərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işləri zamanı əraziyə təhlükəsizlik nişanları qoyulmasına baxmayaraq, “Mercedes” markalı minik avtomobili qazılmış sahəyə düşüb.
Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Əraziyə müvafiq qurumun əməkdaşları və texnika cəlb olunub. Avtomobil sözügedən yerdən çıxarılıb.
Tətbiqimizi yükləyə bilərsiniz