Evinizdə “biz” şüuru hakim olsun...


Hər şeydən əvvəl unutmayın ki, evlilik tərəflərin “mən” şüurundan imtina etdikləri və “biz” şüurunu qəbul etdikləri müqəddəs bir müəssisədir. Buna görə də, evlilikdə “mənim evim”, “mənim pulum”, “mənim maşınım” və s. kimi sözlərdən istifadə edilməməli, nəinki belə sözlərə, hətta belə hisslərə də yol verilməməlidir. Başqa sözlə, böyük-kiçik, az-çox hər şeyə iki nəfərin pəncərəsindən baxılmalı, yaxşı-pis, acı-şirin hər şeyə iki nəfərin pəncərəsindən qiymət verilməlidir.
Bir şeyi də unutmaq olmaz ki, evlilik üçün heç vaxt qəbul edilməyən hisslərdən biri də eqoizm hissidir. Buna görə də, tərtib olunan planlarda, həmçinin, qəbul edilən qərarlarda “Biz nə fikirləşirik?” və ya “Biz nə istəyirik?” sualları verilməlidir. Başqa sözlə, siz ailədə “biz” hissini nə qədər çox hiss etsəniz, o qədər möhkəm bir ailə qurmuş olarsınız. 

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top