Raket hücumundan sonra Xameneinin iqamətgahı − Peyk görüntüsü


“Airbus Defence and Space” şirkəti ABŞ və İsrailin raket zərbələrindən sonra İranın Ali Lideri Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahını əks etdirən peyk görüntüsünü yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, səhər saatlarında çəkilmiş fotoda qara tüstü və kompleksin ərazisinə böyük ziyan dəydiyi görünür.
Qeyd edək ki, Xamenei daimi olaraq bu iqamətgahda yaşayır və bura həm də yüksək vəzifəli rəsmilərin əsas görüş yeridir. Ayətullahın hücum zamanı iqamətgahda olub-olmadığı məlum deyil. İran rəhbərliyindəki mənbələr ayətullahın Tehranda çıxarıldığını və təhlükəsiz yerdə olduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top