Məktəbə edilən hücum nəticəsində 160-a qədər insan həlak olub − Yenilənib


ABŞ-İsrail hücumu nəticəsində Minab şəhərinin cənubundakı bir məktəbdə 160-a qədər şagirdin dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bağaei məlumat yayıb.
“Sionist rejimin Minabdakı məktəbə hücumu nəticəsində 150-160 qızımız həlak olub və bu, ağır cinayətdir”, - Bağaei bildirib.

***19:14
ABŞ və İsrailin İranın cənubunda yerləşən Minab şəhərindəki ibtidai məktəbə hücumu nəticəsində ən azı 63 nəfər ölüb, 93-dən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhər prokuroru məlumat yayıb.
“Bu səhər ABŞ və cinayətkar sionist rejimi tərəfindən ibtidai məktəbə cinayətkar hücum edilib. Biz dərhal hadisə yerinə çatdıq. Bu vəhşi hücumda 63 nəfər həlak olub, 93-dən çox insan yaralanıb, onların əksəriyyəti şagirdlərdir. Ölənlər arasında müəllim heyəti və şagirdlərin valideynləri də var”, - məlumatda deyilir.

***16:17
İranın cənubundakı Minab əyalətində qızlar məktəbinə edilən hücum nəticəsində ən azı 40 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə əyalət başçısı Məhəmməd Radmehr məlumat verib.
Onun sözlərinə görə, yaralananların sayı 48 nəfərə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top