
İsrail bu gün səhər başlayan qarşıdurmanın yeni mərhələsindən bəri İrandan ən azı 125 raket atıldığını qeydə alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.
Məlumata görə, buraxılan raketlərdən 35-i İsrailin ərazisinə çatıb.
Digər tərəfdən, İsrail ordusu İrandakı yüzlərlə hərbi hədəfə, o cümlədən raket qurğusuna hücum etdiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz