
“İnter Mayami” MLS-in pley-off kubokunu qazanıb və ABŞ Prezidenti Donald Trampla rəsmi görüşə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumata görə, görüş gələn həftə baş tutacaq. Klubun argentinalı hücumçusu Lionel Messi də heyətlə birlikdə Ağ Evə gedəcək və Trampla görüşəcək. Üstəlik, bu, Messinin Ağ Evə ilk səfəri və Trampla ilk görüşü olacaq.
Nəşrin yazdığına görə, səfər 7 mart şənbə günü keçiriləcək “Di Si Yunayted”lə oyundan əvvəl planlaşdırılıb.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında “İnter Mayami” “Vankuver”i məğlub edərək MLS Kubokunu qazanıb. Bu, klubun 2020-ci ildə liqaya qoşulduqdan bəri MLS Kubokunda ilk qələbəsi olub.
Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında qoşulub.
Tətbiqimizi yükləyə bilərsiniz