
İranın Bakıdakı Səfirliyi İranda baş verən hadisələrlə bağlı Azərbaycandakı İran vətəndaşlarına müraciət edib.
Yeniavaz.com xəbər verir ki, səfirlik həmvətənlərini sakitliyi və təmkinliyi qorumağa çağırıb.
Müraciətdə səfirliyin bütün strukturlarının, o cümlədən konsulluq şöbəsinin gündəlik fəaliyyətini normal qaydada davam etdirildiyi bildirilib.
Müraciətdə qeyd edildiyi kimi, İran vətəndaşları zəruri xidmətlərin göstərilməsi ilə bağlı məlumat ala və koordinasiya məqsədilə müraciət edə bilərlər.
Tətbiqimizi yükləyə bilərsiniz