İran ABŞ bazalarını hədəf aldı


İran Bəhreyndəki ABŞ bazalarını hədəf aldığı üçün sirenlər işə düşüb.
Yeniavaz.com
“Times of İsrael” qəzetinə istinadla xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat verib.
Bəhreyn Daxili İşlər Nazirliyi bildirib ki, ABŞ-İsrail hücumlarına cavab olaraq, İranın Körfəz dövlətindəki ABŞ hərbi bazalarına hücumu barədə xəbərdarlıq etmək üçün hava hücumu sirenlərini işə salıb.
Digər tərəfdən, “Əl Ərəbiyyə” telekanalı İranın hücumunun başladığını, Bəhreynin paytaxtı Manamada partlayış səslərinin eşidildiyini və tüstü göründüyünü bildirib.
“Al Jazeera“ telekanalı isə rəsmilərə istinadla Bəhreyndə ABŞ-nin 5-ci donanmasının qərargahının hədəf alındığını xəbər verib.
Bəhreynlə yanaşı Qətər, Küveyt və BƏƏ-də yerləşən ABŞ hərbi bazaları da İranın zərbələrinə məruz qalıb. Belə ki, İran Qətərdəki Əl-Üdeyd, Küveytdəki Əli əl-Salim, BƏƏ-dəki Əl-Dəfra aviabazalarına zəebə endirib.

DİGƏR XƏBƏRLƏR

Top