
İran ABŞ və İsrailin hücumuna cavab olaraq İsrailə onlarla ballistik raket atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “NourNews” xəbər agentliyi məlumat yayıb.
Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da İsrailə qarşı genişmiqyaslı raket və pilotsuz təyyarə hücumlarının ilk dalğasına başladığını elan edib.
SEPAH hücumların “cinayətkar düşmənin İrana qarşı təcavüzünə cavab olaraq” həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl İran dövlət televiziyası İranın İsrailə qarşı güclü və dağıdıcı cavab zərbəsi endirməyə hazırlaşdığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz