İsrail İrana qarşı əməliyyatı “Aslanın nəriltisi” adlandırdı


İsrail İrana qarşı əməliyyatını “Aslanın nəriltisi” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of İsrael” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin hücumlar üçün fərqli daxili adı olduğundan, adı Baş nazir Benyamin Netanyahu verib.
Digər tərəfdən, ABŞ rəsmisi Reuters agentliyinə İrana qarşı hücumları hava və dəniz yolu ilə həyata keçirildiyini bildirib.
İsrailin 12-ci Kanalı isə İsrail rəsmisinə istinadla İrana zərbələrin birinci mərhələsinin dörd gün davam edəcəyinin gözlənildiyini qeyd edib.  
Qeyd edək ki, 2025-ci ilin iyun ayında İranı hədəf alan son İsrail Müdafiə Qüvvələri əməliyyatının adı “Şahə qalxan Aslan” idi.

DİGƏR XƏBƏRLƏR

Top