Xameneinin Tehrandakı evi və ofisi də hücuma məruz qaldı

 
İranın ali lideri Əli Xameneinin evi və ofisi hücuma məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik Əli Xameneinin evi və ofisi hədəf alınsa da, onun Tehranda olmadığını bildirib.
Agentliyin İran rəsmisinə istinadla verdiyi məlumata görə, İranın Ali Lideri Tehrandan təhlükəsiz yerə aparılıb.
Digər tərəfdən, “Fars” agentliyi Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səslərinin eşidildiyini bildirib.
Hücum nəticəsində İran hava məkanını bütün növ təyyarələr üçün bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top