İsrail İrana zərbə endirdi – Video


İsrail İrana qarşı qabaqlayıcı zərbə endirib.
Yeniavaz.com
“Times of İsrael” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats məlumat verib.
O, ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bildirib.
İsrailin bütün ərazisində sirenlər işə düşüb. İsrail Müdafiə Ordusu mülki əhalini sığınacaqlara yaxın olmağa çağırıb.
İsrailin 12-ci Kanalı İsrail təhlükəsizlik mənbəyinə istinadla İranda baş verən hücumun ABŞ-İsrail birgə əməliyyatı olduğunu bildirib. ABŞ-nin İrana hücumda İsraillə birlikdə iştirak etdiyini ABŞ rəsmisi də təsdiq edib.
Zərbə nəticəsində İranın paytaxtı Tehranda partlayışlar müşahidə olunub.
Həmçinin zərbələrin İranın İsrailə hücum edə biləcəyi yerləri hədəf aldığı qeyd edilib.
Müdafiə naziri zərbələrin məqsədinin İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq olduğunu bildirib.
Məlumata görə, İsrailin hava məkanı bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top