
Pakistan qüvvələri ilə toqquşmalarda həlak olan Əfqanıstan hərbçilərinin sayı ən azı 331-ə çatıb, 500-dən çoxu yaralanıb.
Yenavaz.com xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, hava hücumları qonşu ölkədəki 37 obyekti hədəfə alıb.
Pakistan ordusu Əfqanıstanın 104 nəzarət məntəqəsini məhv edib, daha 22-si isə nəzarət altına alınıb.
Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 163-dən çox hərbi texnikaya zərər dəyib.
Qeyd edək ki, fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini elan edib. Pakistanın müdafiə naziri Xavaca Asif ölkəsinin Əfqanıstandakı “Taliban” hökuməti ilə hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu açıqlayıb.
Fevralın 27-si səhər Əfqanıstan Müdafiə Nazirliyi əməliyyatın başa çatdığını elan edərək, 55 Pakistan əsgərinin öldüyünü və iki bazanın və 19 sərhəd məntəqəsinin ələ keçirildiyini bildirib.
İslamabad hərbi əməliyyatların davam etdiyini bildirir.
Tətbiqimizi yükləyə bilərsiniz