
Tanınmış meyxanaçı Elşən Binəqədi vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baku TV” məlumat yayıb.
Bildirilib ki, fevralın 26-sı saat 20 radələrində Sabunçu Tibb Mərkəzinə gətirilən meyxanaçı orada dünyasını dəyişib. Onun meyitinin morqda qaldığı bildirilir.
Sənət yoldaşları onun qara ciyər sirrozundan vəfat etdiyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz